Saytımızı qiymətləndirin


 
 

Kəlbəcər TƏXRİBATLARI - Ermənilər “güclənirik” mifini sırımağa çalışırlar
Tarix: 11-02-2022 | Saat: 13:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin sərhəddə təxribatları davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

 

Analoji hal fevralın 9-da da yaşanıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə bir neçə saat ərzində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutublar.

 

Son günlər erməni təxribatının artması nəyə hesablanıb?

 

 

Bu barədə Modern.az-a danışan plitoloq Qabil Hüseynli bildirib ki, ümumiyyətlə, son bir neçə ay ərzində sərhəddə toqquşmaların baş verdiyi ən qızğın bölgə Kəlbəcərdir:

 

 

“Ermənilərin burada nə istədiyini anlamaq olduqca çətindir. Nəzəri ehtimallarla bunu açmağa çalışsaq, deyə bilərik ki, Kəlbəcər istiqamətində Azərbaycanın hərbi infrastrukturu tam qurulub başa çatdırılmayıb, sərhəd zastavası hələ tam yaradılmayıb. Ermənilərin fikrincə, burada Azərbaycan lazımi müqaviməti göstərməyə qadir deyil. Elə buna görə də Kəlbəcər istiqamətində mütəmadi olaraq, atəşkəsi pozmağa davam edirlər. Ermənilər Kəlbəcərdə hərbi strukturumuzun, infrastrukturumuzun zəif olduğunu düşünürlərsə, çox ciddi səhvə yol verirlər”.

 

Onun sözlərinə görə, düşmən hər dəfə Azərbaycan Ordusu gücünü görür və təxribatlarının qarşısını necə aldıqlarını şahidi olur:

 

“Ötən il dekabrın 16-da Kəlbəcər istiqamətində gedən döyüşdə Azərbaycan Ordusu xeyli erməni əsgərini əsirliyə götürdü. Onları hissə-hissə qaytarmaqla Ermənistan tərəfindən müəyyən məlumatları əldə etməyə çalışırıq.  Bu da baş tutmur. Ancaq hər halda ermənilər başa düşməlidir ki, Azərbaycan Ordusu lokal atışmalarda da uğur qazanmağa qadirdir”.

 

Q. Hüseynli bildirib ki, ermənilər bu cəhdlərlə “güclənirik” mifini yaratmağa cəhd edirlər:

 

“Ermənilər atəşkəsi pozmaqla, Ermənistan ordusunun güclənməsi, yenidən formalaşması mifini yaratmaq məqsədi güdürlər. Bunun da əssasız olduğunu sübut etmək olar. Bir sözlə, nə zaman Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, sülh sazişinin imzalanması məsələsi gündəmə gəlirsə, ermənilər atəşkəsi pozmağa başlayırlar. Mən hesab edirəm ki, Nikol Paşinyan hələ də Müdafiə Naziliyi sistemindəki opponentlərini və özünə müxalif olan Qarabağ klanını axıra qədər zərərsizləşdirə bilməyib. Bu təxribatların bir qismini də bununla əlaqələndirmək olar. Hər halda müharibədən sonra sülhyaratma prosesi davam edir. Bütün bunlar hamısı erməni fitnəkarlığı, erməni xislətinə xas olan davakarlıqla qırılmaz surətdə bağlıdır. Ancaq biz istərdik ki, ermənilər ağla-kamala gəlib, bir də «dəmir yumruq»un onların başı üstünə endirilməsinə şərait yaratmasınlar”.



Xəbəri paylaş

284 dəfə oxunub.

Digər xəbərlər