Saytımızı qiymətləndirin


 
 

Bakıda Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans keçirilib
Tarix: 10-02-2022 | Saat: 20:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın məşhur fotoqrafı Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans keçirilib.

Qarabaginfo.az xəbər verir ki, qarışıq formatda keçirilən “Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” adlı konfransda Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert, xanım Matild Falqiyer sənətkarın həyat və yaradıcılığından, Qafqaza səyahətlərindən söhbət açıb.

Qeyd edək ki, konfrans 18 dekabr 2021-ci il-15 fevral 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində, Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən "Pol Nadar. Bakıya əsrarəngiz səyahət" adlı sərgi sərgi çərçivəsində təşkil edilib.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər