Saytımızı qiymətləndirin


 
 

FTB rəsmisi Tramp sui-qəsdinin təhqiqatı ilə bağlı məlumatları açıqlayıb
Tarix: 29-08-2024 | Saat: 07:07
Bölmə:Karusel / Dünya | çapa göndər

FTB rəsmisi Tramp sui-qəsdinin təhqiqatı ilə bağlı məlumatları açıqlayıb

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampı güllələyən 20 yaşlı amerikalı Tomas Metyu Kruksun hərəkətlərinin motivlərini müəyyən etmək üçün işlərini davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FTB-nin sözçüsü Kevin Rocek xüsusi brifinqdə jurnalistlərə bildirib.

O qeyd edib ki, büro cinayətkarın cinayət ortaqlarının olduğuna və ya xarici dövlətin hadisədə əli olduğuna inanmır.

“FTB aydın motivi müəyyən etməyib. İstintaq davam edir, lakin şübhəlinin şəriklərinin olduğuna dair heç bir dəlil tapmadıq”, - deyə o bildirib.

O, əlavə edib ki, cinayətkar internetdə Demokratlar və Respublikaçıların qurultayları, həmçinin ABŞ prezidenti Co Bayden haqqında məlumat axtarıb. Onun qanında spirtli içki və ya narkotik maddələr aşkar edilməyib.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər