Saytımızı qiymətləndirin


 
 

Səfir: "Fransa minalardan təmizləmə sahəsində ANAMA ilə əməkdaşlıq təklifi irəli sürüb"
Tarix: 08-02-2022 | Saat: 22:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Oxu.az - Zakari Qross: “Fransa Qarabağın müstəqilliyini tanımır” - FOTO

“Fevralın 7-də Azərbaycanın 8 erməni əsgərini qarşı tərəfə təhvil verməsi və onların Fransa təyyarəsi ilə İrəvana göndərilməsi hazırda Avropada yaşadığımız gərgin təhlükəsizlik kontekstində yaxşı xəbərdi”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Fransalı diplomat bildirib ki, hər iki tərəfin bu cür xoşməramlı jestləri Azərbaycan və Ermənistanın sülhə doğru irəliləməsinə şərait yaradacaq.

“8 erməni əsgərinin qarşı tərəfə təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyanın başladıqları dialoq, diplomatiya və gərginliyin azaldılması səylərinin nəticəsidir. Bu, xüsusilə dörd liderin fevralın 4-də onlayn keçirilən görüşündən sonra baş verdi”.

Səfir deyib ki, Fransa Azərbaycanın bu jestini yüksək qiymətləndirir.

“8 erməni əsgərinin qaytarılması sərhəddə gərginliyin azaldılması, delimitasiya və demarkasiya, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması kimi sahələrdə güclü siyasi iradə tələb edəcək",- deyə Zakari Qross əlavə edib.

O bildirib ki, sülh prosesinə keçid humanitar sahədə digər irəliləyişlərə də yol açacaq. Zakari Qross minalardan təmizləmə və mina qurbanlarına yardım sahəsində Fransanın ANAMA ilə əməkdaşlıq təklifi irəli sürdüyünü bildirib:

“Onilliklərlə davam edən münaqişədən sonra əhali arasında etimadı bərpa etmək və ailələrin ağrı-acısını yüngülləşdirmək, xüsusən də saxlananların öz yaxınlarına qovuşmasına imkan yaratmaq, itkin düşənlərin qalıqlarını müəyyən etmək, mina qurbanlarına yardım göstərmək və ərazilərin minalardan təmizlənməsini təmin etmək həqiqətən də lazımdır. Məhz bu səbəbdən Fransa ötən il olduğu kimi 2022-ci ildə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə itkin düşmüş şəxslərin müəyyən edilməsinə kömək etmək üçün tərəflərlə və xüsusilə Azərbaycanla işləməyə davam edəcək".



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər