Saytımızı qiymətləndirin


 
 

Teymur Rəcəbova ağır itki - FOTO
Tarix: 08-02-2022 | Saat: 17:05
Bölmə:Karusel / İdman | çapa göndər

Teymur Rəcəbova ağır itki - FOTO

Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müdiri Eleonora Rəcəbova vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, o, bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəcəbova Eleonora Viktorovna 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.

VK Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə E.Rəcəbova səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.

Xatırladaq ki, E.Rəcəbova Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbovun nənəsidir.

 



Xəbəri paylaş

278 dəfə oxunub.

Digər xəbərlər