Tarix: 29-11-2023 | Saat: 11:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Britaniyalı nazir Maykl Qov hökumətin etdiyi səhvlərə görə üzr istəyib.
Qarabaqinfo.az BBC-yə istinadla xəbər verir ki, Britaniyanın mənzil-məişət məsələləri üzrə dövlət naziri Maykl Qov, COVID-19-la bağlı aparılan araşdırma çərçivəsində bu gün suallara cavab verib. O, çıxışı zamanı koronavirus qurbanlarından və onların ailələrindən hökumətin etdiyi səhvlərə görə üzr istəyib. Maykl Qov Nazirlər Kabinetinə cavabdeh və qəbul edilən bir çox qərarlara yaxın olan bir nazir kimi məsuliyyəti öz üzərinə götürüb:
“Pandemiyaya cavab olaraq hökumətin buraxdığı səhvlər nəticəsində bu qədər ağrıya dözən qurbanlardan, bu qədər itkiyə məruz qalan ailələrdən üzr istəmək istəyirəm. Siyasətçilər insandır, biz səhv edə bilirik. Əminəm ki, aparılan araşdırma mənim və başqalarının buraxdığı bir çox səhvlərə ətraflı baxmaq imkanı verəcək”,- deyə nazir qeyd edib.
Maykl Qov pandemiyanın ilk 18 ayı ərzində Nazirlər Kabinetinin işinə və siyasətinə məsul olub.
Digər xəbərlər