Saytımızı qiymətləndirin


 
 

Buster doza Covid-in ağırlaşma riskini 100% azaldır - İtaliya Ali Sağlamlıq İnstitutu
Tarix: 16-01-2022 | Saat: 08:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Siyasətdən vacib yalnız bir mövzu var – İtaliya haqqında bilmədiklərimiz - Hotels24.az

Əhalisinin sayı təqribən 59,6 mln. nəfər olan İtaliyada bir neçə gündür ki, gündə təxminən 200 min yoluxma halı aşkar edilir.
BAKI, 15 yanvar - Sputnik. Buster doza Covid-in ağırlaşma riskini demək olar ki, 100% azaldır. 
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Ali Sağlamlıq İnstitutunun şənbə günü dərc etdiyi məlumatlarda deyilir.

"Koronavirus peyvəndi üçüncü dozada ağır COVID-19 xəstəliyinin qarşısını 98% alır. Əlavə doza ilə peyvənd olunmuş şəxslərdə xəstəliyin ağır gedişinin qarşısının alınmasının effektivliyi 98% təşkil edir", - deyə hesabatda bildirilir.

Qeyd olunur ki, əhalisinin sayı təqribən 59,6 mln. nəfər olan İtaliyada bir neçə gündür ki, gündə təxminən 200 min yoluxma halı aşkar edilir.
Bir gün əvvəl qurumun rəhbəri Silvio Bruzaferro yaxın günlərdə respublikada koronavirusun omikron ştammının üstünlük təşkil edəcəyini bildirərək, ölkədəki ümumi epidemik vəziyyətin kəskin olduğunu dilə gətirib.
Bu günə qədər ölkədə 12 yaşdan yuxarı şəxslərin demək olar ki, 87%-i tam peyvənd dövrünü (2 doza) tamamlayıb. Koronavirus peyvəndinin 119 milyondan çox iynəsi edilib.
Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.(Sputnik)


Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər