Saytımızı qiymətləndirin


 
 

“Rusiya ilə müttəfiq olmağımız barədə deyilənlər cəfəngiyyatdır” - Almaniya kansleri
Tarix: 08-02-2022 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiya ilə müttəfiq olmağımız barədə deyilənlər cəfəngiyyatdır” - Almaniya kansleri

Almaniya kansleri Olaf Şolz Rusiya ilə müttəfiqlik ittihamlarına cavab verib. Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, kansler CNN-ə açıqlamasında Almaniyanın Qərbdən çox Moskvanın müttəfiqi olması ilə bağlı bəyanatları cəfəngiyyat adlandırıb: “Bu, tamamilə cəfəngiyatdır və hamı bunu bilir”.

Kansler həmçinin qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya hərbi yüklərin çatdırılması üçün Almaniyanın hava məkanından istifadə etməsinə qarşı deyillər. Sadəcə, London müstəqil olaraq Baltik dənizi üzərindən marşrut formalaşdırıb. O əlavə edib ki, Britaniya təyyarələri istənilən vaxt Almaniya üzərində uça bilər.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın Kiyevə hərbi yardım kimi dəbilqə göndərmək qərarını tənqid etmiş və bundan təəssüfləndiklərini bildirmişdi. Onun fikrincə, Berlin Kiyev üçün daha çox şey edə bilərdi və etməli idi: “Təkcə Ukraynaya görə deyil, həm də Avropadakı mövqeyinə və Avro-Atlantik məkanda təhlükəsizliyin qorunması zərurətinə görə”.

Almaniya dəfələrlə Ukraynanı silahla təmin etməkdən imtina edib. Xüsusilə, yanvar ayında belə bəyanatlarla Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Berbok çıxış ediblər. Ukraynada da iddia edirlər ki, Almaniya NSPA (NATO Dəstək və Satınalma Agentliyi)
vasitəsilə ölkəyə silah tədarükünü əngəlləyir.



Xəbəri paylaş

264 dəfə oxunub.

Digər xəbərlər