Tarix: 08-11-2022 | Saat: 10:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb.
Qarabaginfo.az xəbər verir ki, yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilir.
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
Şuşa şəhəri.
Digər xəbərlər