32 il əvvəl şəhidlik zirvəsinə ucalan beş döyüşçünün qalıqları Xocalıda dəfn edilib - FOTO
Tarix: 11-07-2024 | Saat: 12:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1280 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-07-2024 | Saat: 12:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qarabaginfo.az xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşən Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu uğrunda döyüşərək şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.(Apa)
Xəbəri paylaş
Digər xəbərlər
22-12-2025, 13:49
Peskov: Rusiyanın ərazisini keçmiş SSRİ-nin Avropa hissəsinə genişləndirmək istəməsi ilə bağlı xəbər yalandır
5-08-2024, 08:40
İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir
28-12-2021, 17:48
Quru sərhədlərin açılması gözlənilmir
14-04-2026, 11:51
Gədəbəy İcra və probasiya şöbəsinin rəisi və sabiq icra məmuru dələduzluqda ittiham olunur
21-08-2024, 13:25
KİV: Ukrayna ordusu Kursk vilayətində mühüm yaşayış məntəqəsi uğrunda döyüşə başlayır
23-06-2022, 12:45
Laçın Azərbaycana qaytarılır: Ermənilər təxribata hazırlaşır?
27-09-2022, 12:28
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib
19-07-2024, 11:58
AYNA: Hazırda Bakıda 1 270 avtobus dayanacağı var























