Ana Sayfa > Karusel / Qarabağ > 32 il əvvəl şəhidlik zirvəsinə ucalan beş döyüşçünün qalıqları Xocalıda dəfn edilib - FOTO

32 il əvvəl şəhidlik zirvəsinə ucalan beş döyüşçünün qalıqları Xocalıda dəfn edilib - FOTO


11-07-2024, 12:03. Yazar: Admin

32 il əvvəl şəhidlik zirvəsinə ucalan beş döyüşçünün qalıqları Xocalıda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Qarabaginfo.az xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşən Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu uğrunda döyüşərək şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.(Apa)


Geri dön