Saytımızı qiymətləndirin


 
 

Rəşad Sadıqov: "Daha iki transfer etmək istəyirik"
Tarix: 07-02-2022 | Saat: 18:13
Bölmə:Karusel / İdman | çapa göndər

"Biz də hamı kimi çempionat üçün darıxmışdıq, bu gün çox vacib qələbə qazandıq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssisin sözlərinə görə qələbə komanda üçün ikiqat vacib olub: "Qarşılaşmadan əvvəl gərginlik var idi. İlk dəqiqələrdən topa nəzarət etmək istəyirdik. Qol epizodlarımız da oldu. Futbolçular son zərbələrdə inamsız idilər. İkinci yarıya ehtiyatlı başladıq. Rəqib standart vəziyyətlərdə bacarıqlıdır və istedadlı oyunçuları var. Rəqibi gücdən salıb hesabı artırmaq istəyirdik. İkinci qolu vurub matçın sonunu daha rahat keçirə bilərdik".

Sadıqov əks hücumda yaxalanmaqdan ehtiyat etdiklərini söyləyib: "Mövsümün əvvəlidir və fiziki cəhətdən tam hazır deyilik. Əsas odur ki, nəticə qazandıq. Hər futbolçumdan razıyam. Keyta bir az bizə gec qoşulub. Hücum xəttimizə güc qatacağına inanıram. Oyunçularımızın hər biri bizim üçün dəyərlidir".

Sadıqov bir neçə futbolçu transfer etmək istədiklərini sözlərinə əlavə edib: "Axtarışlarımız davam edir. Danışıq apardığımız futbolçular. İki futbolçu götürmək istəyirik. Bu üç də ola bilər. Yayda heyəti tam formalaşdıra bilməmişdik. Heyətin geniş olması yaxşıdır".



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər