Saytımızı qiymətləndirin


 
 

Azərbaycan turist axınına HAZIRLAŞIR
Tarix: 28-04-2022 | Saat: 11:22
Bölmə:Karusel / Sosial | çapa göndər

Yay mövsümü Azərbaycanda turizmin canlandığı, xarici qonaqların ölkəmizə axın etdiyi bir dövrdür. Yay mövsümünün yaxınlaşması və pandemiyanın səngiməsi ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında ciddi artım gözlənilir.

 

Bəs, turizm mövsümünə hazırlıq necə gedir? Cari ildə Azərbaycana nə qədər turistin gələcəyi proqnozlaşdırılır?



Bununla bağlı Qarabaqinfo.az-a danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva bildirib ki, yay mövsümü ilə bağlı turizm sahəsində ənənəvi hazırlıq işləri davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan turizm sənayesi hər zaman turist axınına hazır vəziyyətdədir:

 

“İstər yay, istərsə də qış mövsümündə biz turistləri qəbul etməyə hazırıq. Azərbaycanda yay turizmi imkanlarının tanıdılması və təbliğatı ilə bağlı iştirak etdiyimiz sərgilərdə və beynəlxalq tədbirlərdə işlər görülür. Azərbaycanda yayda turistlərin marağını çəkəcək hansı gəzməli, görməli yerlər var, turistlərin yeni kəşf edəcəkləri, fərqli ekoturizm obyektləri haqqında mütləq məlumat verilir".

 

 

Turistlərin sayına gəlincə, qurum rəsmisi dəqiq hələlik proqnoz verməyin mümkün olmadığını söyləyib:

 

"Qeyd edə bilərəm ki, bu il 2021-ci illə müqayisədə 50 faiz artım gözləyirdik. Lakin regionda müəyyən geosiyasi hadisələr baş verdi, bu fonda müşahidələr davam etdirilir, rəqəmlərin dəyişəcəyi istisna deyil. Ümumilikdə, artım müsbət tendensiya üzrə davam edir. 2022-ci ilin ilk üç ayı ərzində 246 mindən çox xarici vətəndaş ölkəyə gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 110 faiz artım deməkdir. Təkcə bu rəqəmlər onu deməyə əsas verir ki, il ərzində faizlərin daha da artacağını proqnozlaşdırmaq olar.

 

Turistlərin gedəcəyi yerlər isə ənənəvi turizm dəhlizləri üzrə istiqamətlər - Şimal, Şimal-qərb, Qərb və Cənub istiqamətidir. Bu istiqamətlər il boyu öz aktuallığını saxlayır və xüsusilə yay mövsümündə ziyarətçilərinin sayı qat-qat artır”.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər