Saytımızı qiymətləndirin


 
 

"Azəriqaz": "İlin əvvəlindən qaz qəbulunda 342 milyon kubmetr artım olub"
Tarix: 12-08-2022 | Saat: 12:18
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu ilin yanvar-iyul aylarında “Azəriqaz” İstehsalat Birliyinin boru xətllərinə 4 milyard 825 milyon kubmetr təbii qaz qəbul edilib.

, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar- iyul ayları ilə müqayisədə qazın qəbulunda 342 milyon kubmetr artım olub: "Yanvar- iyul aylarında qəbul olunmuş qaz həcminin 1 milyard 428 milyon kubmetri sənaye xətləri üzrə, 3 milyard 397 milyon kubmetri əhali xətləri üzrədir. Bu ilin yanvar-iyul aylarında keçən illə müqayisədə əhali xətləri üzrə azalma 13 milyon kubmetr, sənaye xətləri üzrə artım 355 milyon kubmetr olub”.

R. Cavadov bildirib ki, bu ilin iyul ayı ərzində 316 milyon kubmetr təbii qaz qəbul olunub: “İyulda 191 milyon kubmetri sənaye xətləri üzrə, 125 milyon kubmetri əhali xətləri üzrədir. Ötən ayda keçən illə müqayisədə 14 milyon kubmetr artım olub. Bu ay ərzində əhali xətləri üzrə artım 7 milyon kubmetr, sənaye xətləri üzrə artım 7 milyon kubmetr olub.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər