Saytımızı qiymətləndirin


 
 

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb
Tarix: 14-01-2021 | Saat: 10:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində  gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.


Dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılmış, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. A. Muxtarov barəsində  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.



Xəbəri paylaş

408 dəfə oxunub.

Digər xəbərlər