Saytımızı qiymətləndirin


 
 

Qarabağda 9 türk şirkəti ÇALIŞIR
Tarix: 03-02-2022 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə olmasına önəm veririk”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının iclasında çıxışı zamanı deyib.

 

Nazir müavini qeyd edib ki, Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 20 milyard dolları, Türkiyənin Azərbaycana investisiyası isə 12 milyard dolları ötüb:

 

"Birgə hərbi təlimlərin miqyasını genişləndirdik. Azərbaycanla əlaqələrimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq".

 

Qarabağla bağlı fikirlərini də bölüşən Kıran deyib ki, hazırda bölgədə 132 kvadrat kilometr ərazi minalardan təmizlənib və bu sahədə səylər davam etdiriləcək.

 

O, Qarabağda yenidənqurma işlərində 9 Türkiyə şirkətinin çalışdığını da vurğulayıb.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər