Saytımızı qiymətləndirin


 
 

Erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib
Tarix: 27-11-2023 | Saat: 15:19
Bölmə:Karusel / Kriminal | çapa göndər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.

Qurumdan verilən məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

“Vətəndaşları bu cür hallara qarşı ayıq sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq”, – deyə açıqlamada qeyd olunub.



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər