Saytımızı qiymətləndirin


 
 

Azərbaycan kuboku: “Zirə” və “Qəbələ” qələbə qazanıb
Tarix: 02-02-2022 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan kuboku: “Zirə” və “Qəbələ” qələbə qazanıb

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qarabaginfo.az saytının məlumatına görə, mərhələnin ikinci günündə 2 matç keçirilib.

 

Günə Bakıda start verilib. Paytaxt klubları “Zirə” və “Səbail” üz-üzə gəlib. Qəsəbə təmsilçisi iki dəfə kubokdan kənarlaşdırdığı autsayderi bu dəfə asanlıqla üstələyib. Rəqib qapısından 4 cavabsız top keçirən "Zirə" yarımfinala vəsiqəni, demək olar ki, təmin edib.

İlk oyunlar çərçivəsində paytaxtdan kənarda baş tutan yeganə qarşılaşmaya Sumqayıt ev sahibliyi edib. Şəhərin eyniadlı komandası “Qəbələ” ilə görüşüb. Bu matçın taleyini isə bir qol həll edib. “Qəbələ” ilk hissədə penaltidən vurduğu yeganə top sayəsində səfər qələbəsinə sevinib.

Bu cütlüklərdə cavab görüşləri fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk günündə “Qarabağ” – “Keşlə” (1:0) və “Neftçi” – “Sabah” (1:1) matçları baş tutub.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
2 fevral (çərşənbə)

17:00. “Zirə” – “Səbail” - 4:0
Qollar: 
Mohamed Hamdaui, 45+2, Loris Broqno, 59, 86, Hamidu Keyta, 72
Baş hakim: Kamal Umudlu
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 14. Hamidu Keyta, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 25. Vüsal Əliyev
Məşqçi: Vaqif Paşayev
“Səbail”: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Zirə İdman Kompleksinin stadionu

19:15. “Sumqayıt” – “Qəbələ” - 0:1
Qol: 
İsnik Alimi, 26 (pen.)
Baş hakim: Rauf Cabarov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 24. Elşən Abdullayev, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 9. Əli Qurbani, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 15. Vüqar Bəybalayev, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 21. Sənan Ağayev
Baş məşqçi: Aleksey Baqa
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Kapital Bank Arena”



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər