İyunun ayında ilansancma ilə əlaqədar 2, sirkədən zəhərlənmə ilə əlaqədar 3, dərman zəhərlənməsi nəticəsində 7 nəfər Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
"Təəssüf ki, sirkə içib zəhərlənənlədən bir nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə baş həkim qeyd edib.
O bildirib ki, may ayı ərzində isə 12 nəfər ilansancma, 70 nəfər dərmandan zəhərlənmə, 21 nəfər sirkədən zəhərlənmə, 3 nəfər botulizm, 3 nəfər isə anafilaktik şok, 3 nəfər allergik reaksiyalar ilə əlaqədar müalicə alıb.