Saytımızı qiymətləndirin


 
 

Rus hərbçilərin İrəvana səfəri niyə gizlədilir? - ŞƏRH
Tarix: 09-12-2021 | Saat: 07:37
Bölmə:Karusel / Region / Yazar | çapa göndər

General Rüstəm Muradov Bakıdan Yerevana təyyarə ilə cəsəd aparıb - 17.11.2021, Sputnik Azərbaycan

Rusiya MN-nin nümayəndə heyəti Rüstəm Muradovun rəhbərliyi ilə İrəvana gəlib: Ermənistan MN əvvəl məlumatı təsdiqlədi, daha sonra təkzib etdi və informasiya axını nələrinsə baş verdiyi fikrini önə çıxarır;

Muradovun sülhməramlı kontingentinin rəhbərliyindən ayrıldıqdan sonra yeganə işi Azərbaycanın saxladığı erməni hərbçiləri Ermənistana aparmaq olub. Sonuncu “erməni hərbçi-mina xəritələri” mübadiləsi ötən həftə baş tutdu və bu da Muradovun İrəvana başqa məqsədlə getdiyi ehtimalını gücləndirən amildir.

Erməni mənbələr İrəvana gələn rus təyyarəsində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya-demarkasiya prosesində iştirak edəcək hərbçilərin olduğunu yazır. İddialara görə, prosesdə Rusiya tərəfindən iştirak edəcək hərbçilərə Muradov rəhbərlik edəcək və sərhədin müəyyənləşməsi prosesi bu həftə başlanacaq.

Bunu Ermənistan mediasının növbəti iddiası hesab etmək olar, lakin müəyyən məqamlar məsələyə diqqəti artırır:

Birincisi, Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana getdiyini təkzib edən ciddi arqument yoxdur: Ermənistan MN də təkzibi təsdiq etikdən sonra verib və əlabvə şübhələr yaradır;

İkincisi, Rusiyanın Brüssel görüşünə qədər sərhəd razılaşmasında prosesi sıfır nöqtəsindən tərpətmək istədiyi istisna deyil;

Soçidə kommunikasiyanın qrafiki ilə bağlı razılaşmanı pozan Ermənistan Avropa masasında dəstək əldə edə bilsə, sərhəd razılaşmasına da eyni münasibəti sərgiləyə bilər. Bu riskləri nəzərə alan Moskva Brüssel görüşünə qədər sərhəd razılaşmasında ilk praktiki addımın atılmasına nail olmaq istəyir. Paşinyanın ötən həftə partiyasının deputatları ilə qapalı görüşdə sərhədin delimitasiya-demarkasiyası üzrə razılaşmanı müzakirə etdiyinə dair informasiyalar da bu kontekstdə diqqət çəkir. Və bu amillər Rusiya nümayəndə heyətinin İrəvana səfərinin sərhədlə bağlı olduğu fikrini gücləndirir.

Soçi razılaşmasına əsasən, Rusiya sərhədin delimitasiyası (sərhədin xəritələr üzərində müəyyən edilməsi) prosesində birbaşa iştirak edəcək, demarkasiya (delimitasiya müqaviləsinə əsasən sərhədin yerində müəyyən edilməsi) prosesində nəzarətçi olacaq.

Asif Nərimanlı



Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər