Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsini Kamo Koçunts icra edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı "Fastinfo" ya Ermənistan Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Baş Qərargahın keçmiş rəhbəri Artak Davtyan fevralın 24-də tutduğu vəzifədən azad edilib.