Saytımızı qiymətləndirin


 
 

“Prezident xoşagəlməz halların səbəbkarlarını ordudan uzaqlaşdırdı” –Sabiq HHQ komandanı,general Altay Mehdiyev
Tarix: 25-06-2023 | Saat: 11:26
Bölmə:Karusel / Yazar | çapa göndər

Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-mayor Altay Mehdiyev Silahlı Qüvvələr Günü münasibəti ilə məqalə yazıb. 
Qarabaginfo.az həmin yazını təqdim edir:
…26-iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür. Bayram münasibəti ilə Vətənimizin keşıyində duran hərbiçilərimizi, veteranları, Azərbaycan xalqını təbrik edirəm. Vətənimizə sülh və əminamanlıq arzulayıram.
Hamımıza məlumdur ki, Birinci Qarabağ müharibəsinin başlanğıcından –1992 ci ilin sonunadək gedən döyüşlərdə əsgər və zabitlərimiz torpaqlarımızın müdafiə olunmasında fəal olaraq iştirak etmişlər.
Çox əfsuslar olsun ki, 1992-ci ilin sonu –1993- cü ilin əvvəllərində ordu quruculuğu ilə bağlı dövlət proqramının və vahid komandanlığın olmaması, dövlət və ordunun bir–birindən ayrı düşməsi, ordunun siyasi oyunlara cəlb edilnəsi səbəbindən yaranan daxili qeyri sabitlik, siyasi çəkişmələrin geniş vüsat alması, bütün istiqamətlərdə olduğu kimi, ordu quruculuğu prossesinə də təsir göstərdi. Məhz bu prosseslər əsgərlərdə komandanlığa, qələbəyə inamsızlıq yaratdı.
Hər şey tam şəkildə dəyişdi.
Fərarilik ağlasığmaz dərəcəyə çatdı. Əsgərlər cəbhədə mövqeylərini atıb dəstə-dəstə qaçırdı.
Arxa cəbhə təminatında böyük problemlər yaranmışdı. Bütün bunların nəticəsində orduda döyüş qabiliyyəti zəruri tələblərə cavab vermədiyindən, nəinki hücum edib zəbt olunan torpaqlarımızı azad etməyə, hətta müdafiə olunmağa belə imkanımız yox idi.
Tarix göstərir ki, hər bir xalqın belə bir ağır günündə dövlətin gələcək müqəddaratını həll edən məqamlar olur. Xalqımızın, dövlətimizin də müqəddaratının həllı, məhz 15 iyun 1993-cü ildə xalqımızın tələbi ilə Ümümmilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı oldu. Ordu quruculuğu sahəsində ən mühüm qərarların qəbul edilməsi və hyata keçirulməsi ilə, ordumuzda hərbi xidmətə münasibətin bərpa olunması, məhz həmin gündən başladı.
Respublikamızda bütün istiqamətlərdə ciddi irəliləyişlər baş verdiyi kimi, Ordu quruculuğuna da böyük təkan verdi. Nəticədə Ordumuzda döyüş hazırlığı, döyüşə hazırlıq istiqamətlərində böyük irəliləyişlər əldə edildi.
Ulu Öndər Heydər Əliyevin radio və televiziya ilə 2 noyabr 1993-cü ildə xalqa çağırışı, xalqımız, dövlətimiz və Silahlı Qüvvələrimiz qarşısında dayanan vəzifələri tam olaraq müəyyənləşdirdi. Ordu quruculuğunda yeni bir mərhələnin inkişafına təkan verildi.
Heydər Əliyevin “Hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu və onların valideyinləri ilə 2 yanvar 1994-cü ildə görüşü”– hərbi hissələri tərk edənlərin qaytarılması təmin edildi. Onların hərbi xidmət keçmələri üçün lazımı şərait yaradıldı. Respublikamızın bütün rayonlarında könüllülərdən ibarət taborlar yaradıldı. Nəticədə, Ordumuz demək olar ki, tam şəkildə yenidən komplektləşdirildi.
1994-cü ilin may ayında atəşkəsin əldə edilməsi ilə isə, Ulu Öndər Heydər Əliyev tərəfindən bugünkü qələbənin başlanğıcı qoyuldu.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənan İlham Əliyevin 2003- cü ilin oktyabrında hakimiyyətə gəlişi ilə, Ulu Öndər Heydər Əliyevin Ordu quruculuğunda başladığı istiqamətlərdə böyük irəliləyişə nail olundu.
Cənab İlham Əliyev Ordu quruculuğu ilə bağlı ilk məqsədi, Silahlı Qüvvələrimizi zəbt olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində qarşıda duran bütün tapşırıqları layiqincə yerinə yetirilməyə qadir olam səviyyəyə çatdırmaq oldu. Bu məqsədlə, ilk növbədə Mudafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili Qoşunlar və digət guc strukturlarında bir mərkəzdən idarə olunan, bir-biriləri ilə qarşılıqlı əlaqədə döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir olan qruplaşmalar yaradıldı.
Birinci Qarabağ müharibəsində bütün cəbhə boyu səpələnərək passiv şəkildə döyüşlər aparan hissə və bölmələrimiz — bir mərkəzdən idarə olunan, aktiv və maneverli döyüşlər aparmaqla istənilən vaxtda, istənilən istiqamətdə düşmən qüvvələrini bütün cəbhə boyu istənilən dərinliklərdə məhf etməyə qadir olan bölmələrlə əvəz edildi.
Paralel olaraq Möhtərəm Prezident cənab İlham Əliyev BMT Assambliyası, Avropa Şurası, Avropa Parlamenti, Qoşulmama Hərəkəti İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar vasitəsi ilə bütün dünyaya sübut etdi ki, biz döyüş əməliyyatlarını beynəlxalq birliklər tərəfindən tanınan ərazilərimizdə keçiririk. Buna görə də bütün dövlətləri sərhədlərimizin toxunulmamazlığı, ölkəmizin ərazi bütövlüyünü tanımaqla bizə dəstək olmaga çağırdı.
Yüksək fiziki gərginlik tələb edən bu tip tapşırığın uğurla həyata keçirilməsinə nail olmaq üçün zəruri həcmdə bilik, bacarıq və vərdişlərə yiyələnən cənab İlham Əliyev–Silahlı Qüvvələrimizi ən yeni tipli silahlarla və texnika ilə silahlandırmaqla bütün şəxsi heyəti vəzifə səlahətlərini layiqıncə yerinə yetirməyə səfərbər etməyə, ordumuzun bütün xalq tərəfindən dəstəklənməsini təmin etməyə, şəxsi heyətin psixoloji hazırlığını ədalət, rəqabət və şöhrət əsasında yüksəltməyə, eyni zamanda düşmənə peşəkar şəkildə təsir göstərməklə strateji üstünlüyü ələ almağa yönəltdi.
2020-ci ilin sentyabrında, səhər saatlarından etibarən döyüşlərin başlaması ılə Ali Baş komandan cənab İlham Əliyevin əmri və şəxsən rəhbərliyi altında Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən böyük səhflərlə hazırlanan, döyüş planı ləğv edərək, rəhbərliyi altında Silahlı Qüvvələrin gücündəm, döyüş imkanlarından və manevr qabiliyhətindən tam şəkildə istifadə etməklə yeni, qeyri standart, düşmən üçün gözlənilməz olan əks- hücuma qərar qəbul edildi. Yeni qərara uyğun olaraq düşmənə sarsıdıcı zərbələr endirərək, döyüş tapşırığını qısa zamanda uğurla — QƏLƏBƏ ilə yerinə yetirdik.
Qələbə qazanmağımız, cənab İlham Əliyevin Prezident seçildiyi ilk günlərdə qarşısına qoyduğu — “Silahlı Qüvvələrimizi torpaqlarımızın azad edilməsi istiqamətində qarşıda duran bütün tapşırıqları layiqincə yerinə yetirilməyə qadir olan səviyyəyə çatdırmaq” — məqsədinə çatdığının əsl göstəricisi oldu !
Məsuluyyət hissi ilə deyə bilərəm ki, qələbəyə cənab İlham Əliyevin planı, rəhbərliyi və onun təşəbbüsü ilə sən illər ərzində alınmış ən müasir silahlarla, vətənpərvər komandirlərin rəhbərliyi, igid əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Kəmandana və Silahlı Qüvvələrimizə dəstəyi nəticəsində nail olundu.
Eyni zamanda döyüşlərin başlanması ilə Prezident – Xalq – Ordu birliyininin nümayişi, həmin anda bu istiqamətdə böyük problemlər yaşayan düşmən ordusu üçün gözlənilməz oldu. Əlbətdə ki, bu birliyin əsas səbəbi Ali Baş Komandan cənab İlham Əliyevin bilik, düşüncə və planlarının yenidən formalaşan Silahlı Qüvvələrimizin döyüş hazırlığı, döyüşə hazırlıq bacarıqları və xalqımızın istək və arzularının üst-üstə düşməsi oldu.
İkinci Qarabağ müharibəsinin qələbə ilə nətcələnməsinin əsas səbəblərindən birı və ən əsası da, döyüşlərin başlaması ilə — idarəçilik qabiliyyətlərini itirmiş, vətənpərvərlikdən uzaq, ordumuzda baş verən xoşagəlməz halların səbəbkarlarına çevirilən bir qrup zabit heyətinin Alı Baş Komandan cənab İlham Əliyev tərəfindən ordudan uzaqlaşdırması olmuşdur. Çünki orduda neqativ hallar, uğursuzluqlar ancaq və ancaq mənəviyyatca zəif olan, haqqa dəyər verməyi bacarmayan, hərb elmindən uzaq olaraq “özünü lider sayan birisi”nin köməyinə güvənərək ədalətsizliklərə yol verənlərin ucbatından baş verir.
İkinci Qarabağ müharibəsi bir daha inandırıcı şəkildə sübüt etdi ki, döyüşdə qələbəni təmin edən əsas obyekt — döyüş əməliyyatı rayonu, silahlanmada olan silah və hərbi taxnika, hərbi əməliyyatların üsulları və hətta döyüşən tərəfin şəxsi heyyətinin hazırlığı deyil. Qələbəni təmin edən cəsarətli, heç kimdən, heç nədən və heç bir maneədən qorxmayaraq, döyüşə rəhbərliyi şəxsən öz üzərinə götürərək düşüncə və qarşılıqlı əlaqə formalarına uyğun qərarlar qəbul etməklə məqsədlərinə nail olan Ali Baş Komandanın idarəetmə prinsipindən daha çox asılıdır.
Müharibədə baş verənləri qabaqcadan görən, qoşunların mənəvi durumunu, bacarıqlarını, hazırlıqlarını düzgün qiymətləndirən, ən çətin vəziyyətdə belə düşmən üçün gözlənilməz olan qərarlar qəbul etməyi və qəbul etdiyi qərarları çox uğurla həyata keçirməyi bacaran, inkişaf etmiş təvəkkürə, idarəetmə qabiliyyətinə malik olub, əldə etdiyi imkanlardan, diplomatik, psixoloji və digər vasitələrdən sistemli və peşəkar şəkildə istifadə etməyə qadir olan cənab İlham Əliyev Silahlı Qüvvələrimizi dünyanın ən güclü ordularından birinə çevirməsində və ən qısa müddətdə — 44 gün ərzində qələbənin əldə edilməsində mühüm rol oynadığına görə — QALİB SƏRKƏRDƏ kimi tarixə qüşərək, nəsillərin yaddaşına həkk olundu !
Xalqına, ordusuna inanıb döyüşə başlamağa əmr verən Dövlət Liderləri arasında döyüşdən qalib çıxmaq, Liderin müdrikliyindən xəbər verir.
Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəbul edilən, düşmən üçün gözlənilməz olan qeyri standart qərarla zəbt olunmuş torpaqlarımızı qısa zamanda azad etməsi ilə nəticələnən qələbə, gələcək nəsillərimiz üçün böyük bir tarixi fakt, müstəqil siyasət yeridən QALİB SƏRKƏRDƏ cənab İlham Əliyevi MÜDRİK LİDER kimi bütün dünyaya tanıtdı.
Döyüş zamanı təşəbbüsün itirilməsi, əvvəlki uğursuz döyüşlərin nəticələri, məlumat çatışmamazlığı bölmələrin düşdükləri çətin vəziyyət, qorxaqlığın əsasını təşkil edən qeyri müəyyənlik — düşmən rəhbərliyində ordumuzun əks hücumunun qarşısını almağ üçün kifayət qədər gücün olmaması qorxusunu yaratdı. Lakin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən döyüşlərin gedişində fiziki, emosional, həm də diplomatik olaraq sürətlə artan psixoloji təsirlər nəticəsində qorxaqlıq, xroniki qorxaqlığa çevirildiyindən, düşmən döyüş qabiliyyətini tam şəkildə itirmiş oldu.
Nəticədə Silahlı Qüvvələrimiz düşmən ordusunun illərl boyu hazırladıqları çox eşalonlu möhkəmləndirilmiş, artilleriya və hava hücumundan müdafiə sistemləri ilə tam təmin olunmuş müdafiə xəttini cəmi 44 gün ərzində yararaq, biabırçı şəkildə məğlubiyyyətə uğradıb — 30 ildən artıq davam edən qanlı Qarabağ münaqişəsinə son qoydu.
Ermənistan rəhbərliyini diz çökdürərək, məğlubiyyətlərini öz dilləri ilə etiraf etməyə məcbur etdi !
Bununla da İkinci Qarabağ Müharibəsinin başlanmasına qədər Ordumuzu zəif, əsgər və zabitlərimizi qorxaq, bütün xalqımızı köməksiz sayan — özündən razı, heç bir hazırlığı olmayan, müharibənin ilk günlərində bizim səhvlərimiz hesabına “müvəqqəti qələbə çalan” Ermənistan ordusunun lovğalığına son qoyuldu.
Qarabağ müharibəsi miqyasına, dağıntıların həcmi və insan tələfatlarına görə dövlətimizin
tarixində ağır bir iz buraxsa da, 44-gün ərzində döyüşlərdə düşmən ordusunu darmadağın edərək qələbəyə nail olmaqla Ordumuz — QALİB ORDUYA çevrildi !
Müharibə onu da sübut etdi ki, düşmənin “qorxaq” saydığı Azərbaycan əsgəri Vətən qarşısındakı hərbi borcunu şəxsi cəsarəti hesabına şüurlu şəkildə yerinə yetirən, döyüşdə yarana bilən bütün problemləri gələcək qələbənin xeyrinə çevirməyi bacaran, nə qədər qorxmaz, fədakar, müharibənin sonunadak vuruşmağı bacaran, qələbəyə hədsiz dərəcədə inamla yanaşan, qəhrəmanlıq göstərməyə daima fürsət axtaran əsl — VƏTƏNPƏRVƏR ƏSGƏRDİR !
Bütün döyüşlərdə qələbənin əsas yaradıcısı və həlledici qüvvəsi xalq olduğu kimi, İkinci Qarabağ döyüşlərində də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız bir nəfər kimi birləşərək, bu birliyin mümkün olduğunu praktiki olaraq sübut etdi. Bu birləşmə xalqımızın yenilməz qüdrətə malik olduğunu, bütün dünya ölkələri tərəfindən haqq yolunda olmağımızı bir daha təsdiq etdi. Nəticədə — düşmənin “köməksiz” saydığı Azərbaycan xalqı məğlub xalqdan — “QALİB Xalqa” çevirildi !
Əsgər anaları ! Onlar cənab İlham Əliyevə inanaraq, müharibənin ən çətin anında belə oğullarını Orduya şərəflə yala salaraq, gecə-gündüz böyük həyacan və ümüdlə Qələbə sevinci gözləyirdilər. Bəli onlar buna nail oldular. Lakin, çox əfsuslar olsun ki, müharıbə şəhidsiz bitmir. Bir çox analar cəbhədən Qələbə sevinci ilə bərabər, acı xəbərlər də eşitdilər. Müharibədə igid oğullarla bərabər, mülki şəxslərimiz, uşaqlarımız da qəhrəmancasına şəhid oldular.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Bütüm qazilərimizə Allahdan şəfa diləyirəm.
General-mayor Altay Mehdiyev
Müdafiə Nazirinin sabiq müavini,
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı


Xəbəri paylaş

11 324 dəfə oxunub.

Digər xəbərlər
7-05-2021, 13:30 Sabahın hava proqnozu