Saytımızı qiymətləndirin


 
 

Aftandil Hacıyev: "Son həftədə xəstələnən futbolçularımız oldu"
Tarix: 02-02-2022 | Saat: 19:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aftandil Hacıyev: Son həftədə xəstələnən futbolçularımız oldu

"Fasilədən sonra futbolçular üçün ilk oyun ağır keçir".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

41 yaşlı mütəxəssis qol epizodları baxımından rəqibdən geri qalmadığını bildirib: "Amma "Zirə"nin ustalığı və təcrübəsi öz sözünü dedi. Kubokda cavab matçları da önəmlidir. Az da olsa, şansımız qalır. Futbolçular üçün çox çətindir. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Çempionat matçına hazırlaşmalıyıq".

O, heyətlə bağlı problemlər olduğunu söyləyib: "Heyətimiz geniş deyil. Son həftədə xəstələnən futbolçularımız oldu. Bu da oyunumuza təsir etdi. Bu gün Mirsayib Abbasovun oynamaması da xəstəliklə bağlı idi".

Hacıyev Nikolas Rayselin ayağında ağrı hiss etdiyi üçün fasilədə əvəzləndiyini vurğulayıb. "Hazırda heyətimizi gücləndirmək yox, əsasən doldurmaq barədə düşünürük. Çempionatın qalan hissəsini əvəzedici heyətdən götürdüyümüz oyunçularla davam etdirəcəyik".

Baş məşqçi transfer etməyə çalışdıqları Tural Bayramlının klubu ilə ciddi problemlərinin olduğunu qeyd edib: "Bunu həll etməyə cəhd etsək də, hələlik alınmır. İnanırıq ki, yaxın vaxtlarda müsbət cavab alacağıq".



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər