Saytımızı qiymətləndirin


 
 

Putindən “müsbət siqnallar”: “Zəngəzur dəhlizinin açılışı yalnız güc vasitəsilə mümkündür”
Tarix: 25-11-2022 | Saat: 14:14
Bölmə:Karusel / Region | çapa göndər

Putindən “müsbət siqnallar”: “Zəngəzur dəhlizinin açılışı yalnız güc vasitəsilə mümkündür”

“Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən planlara malikdir. Ona görə də rəsmi Moskva Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayevi həm İrəvana, həm də Bakıya göndərib. O, həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırıması istiqamətində də Rusiyanın planlarını gətirib”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Putindən müsbət siqnallar almışam” ifadəsinə münasibət bildirib:

“Rusiya Ermənistanla birgə Zəngəzur dəhlizinin açılmasına o nöqteyi-nəzərindən razıdır ki, Azərbaycan Qarabağda ermənilərə müəyyən bir statusu versin. Putin Paşinyanla məhz bunu müzakirə edib”.

Mütəxəssisin fikrincə, Paşinyanın Putinlə razılaşdırdığı məsələ Azərbaycanın maraqlarına ziddir:

“Azərbaycan qəti şəkildə “müsbət siqnallar”a “yox” deyəcək. Ümumiyyətlə, Putinlə Paşinyanın razılaşdırdığı fikirlər 10 noyabr 2020-ci il birgə bəyannaməsinə ziddir. Onlar vaxt qazanmağa və geosiyasi şərtlərin Rusiyanın lehinə formalaşmağına çalışırlar.

Xovayev Ermənistana, sonra isə Azərbaycana konkret təkliflər gətirib. Azərbaycan təkliflərin məzmunu ictimaiyyətə açıqlamır. Mənə elə gəlir ki, sadaladığım şərtlərin müqabilində Ermənistan məlum dəhlizin açılmasıyla razılaşıb”.

Rusiya-Ermənistan cütlüyü prosesləri daha böhranlı vəziyyətə gətirir. Bir daha deyirəm ki, Azərbaycan bu məsələlərlə razılaşmayacaq. Azərbaycan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı güc tətbiq etməlidir. Bundan sonrakı proses – Zəngəzur dəhlizinin açılışı da yalnız güc vasitəsilə mümkündür. Çünki danışıqlar yoluyla bu baş tutmayacaq”.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər