Saytımızı qiymətləndirin


 
 

Vidadi Muradovun yazışmaları üzə çıxdı
Tarix: 01-02-2022 | Saat: 20:36
Bölmə:Karusel / Sosial | çapa göndər

Vidadi Muradovun yazışmaları üzə çıxdı

10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun xaricə pul transferlərini həyata keçirdiyini təsdiqləyən yazışmaları üzə çıxıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Kriminalqafqaz” məlumat yayıb.

Məlumata görə, cinayət işinin materiallarından aydın olub ki, V.Muradov 2016-2020-ci illərdə mütəmadi olaraq xaricə pul transferləri etməklə bağlı danlışıqlar və yazışmalar aparıb.

Həmin yazışmalardan bir hissəni təqdim edirik.

- Daimi Akkuş - 1365 dollar

- Deyim, hazırlasınlar?

- De.

- 1.5 deyirlər.

- Ok.

- Arxadan gəl.

- Ok.

- 100 000 avro İstanbula vermək lazımdır, varmı?

- Pulu aldılar.

- 1.4 sabah saat ikiyə kimi veriləcək.

- Ali Akkoyun **********5.

- 8885 dollar lazımdır İstanbulda, olar?

- Olar.

- Vaxtın varsa, gəl, verim.

- Pulu aldılar, sağ ol.

- Siz sağ olun.

- 250.000 İsraildə lazımdır, olar?

- Muhammed Solak 10.000 dollar İstanbul.

- 100.000 dollar Barış Kaya, olar?

- Danışım, deyim.

- Ok.

- Olar.

- Bir saat sonra gəl, götür.

- Baş üstə.

- Gəl, apar.

Oğlu Aydın Muradov atası Vidadi Muradova 20 iyun 2016-cı il tarixdə “Bodrumda ev aldım, başlarına daş düşdü, 100 qat artığın elətdirdilər sənə, ad oldu ki Qara (Aydın Muradov - red.) ev alıb, bu vaxta kimi danışmırdım hamısını sənin xətrinə, görürəm sənin də vecinə deyilmiş Qara” şəklində mesaj göndərib.

Qeyd edək ki, yazışmalarda adı çəkilən Daimi Akkuş, Muhammed Solak, Ali Akkoyun və Barış Kaya Türkiyədə xalça biznesi ilə məşğul olan iş adamlarıdır.

Ötən həftə başa çatan məhkəmə prosesində “Azərxalça”nın sabiq sədrinin 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib. Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Ötən ilin yanvar ayında həbs edildikdən sonra oktyabrın 30-da ev dustaqlığına buraxılıb və noyabrın 5-də xəstəlikdən vəfat edib.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər
17-05-2024, 11:21 İrəvanda böyük YANĞIN