Saytımızı qiymətləndirin


 
 

Necə yazmalıyıq: “Xankəndinə”, yoxsa “Xankəndiyə”? – Alim AÇIQLADI
Tarix: 20-09-2021 | Saat: 12:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Son günlər Azərbaycanın Xankəndi şəhəri ilə bağlı aktiv müzakirələr gedir. Bir çoxları hesab edir ki, şəhərin adı yönlük halda “Xankəndiyə” yox, “Xankəndinə”, çıxışlıq halda isə “Xankəndidən” yox, “Xankəndindən” olmalıdır. Bəzi filoloqların fikrincə, belə yazılış forması doğru deyil.

 

Fikirlərin haçalanması insanlar arasında çaşqınlıq yaradır. Bəs, “Xankəndi” sözü yönlük halda necə yazılmalıdır?

 

Qarabaginfo.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Şahlar Göytürk Modern.az-a açıqlamasında mübahisələrə birdəfəlik nöqtə qoyub. Onun fikrincə, İsmin yönlük halında söz “Xankəndiyə” kimi təqdim olunmalıdır:

 

“Bununla bağlı qərarımız qətidir. Artıq fikrimizi əsaslandırmışıq və “Xankəndiyə” formasının düzgün variant olduğunu göstərmişik. Söz birləşməsi şəklində olsaydı “Xankəndinə” variantı doğru olardı. Bu bütöv bir sözdür, mürəkkəb isimdir və mürəkkəb isimlər bir vurğu altında deyilir, tələffüz olunur və o sözü “ Xankəndiyə” kimi işlədirik.  Saitlə bitən sözlərə ismin hal şəkilçisini əlavə etdikdə ya, yə şəkilçisindən istifadə etməliyik”.



Xəbəri paylaş

513 dəfə oxunub.

Digər xəbərlər