Saytımızı qiymətləndirin


 
 

FHN Akademiyasında Gənclər Günü münasibətilə tədbir keçirilib
Tarix: 01-02-2022 | Saat: 16:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

FHN Akademiyasında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata gör, Akademiyanın rəisi general-mayor Baba Salayev gəncləri bayram günü münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir.

Akademiyanın rəisi çıxışına davam edərək qeyd edib ki, əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atılır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafına şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayır. 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz, əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.

Akademiyanın kursantı Cavid İbrahimov tədbir iştirakçılarını təbrik edərək, əlamətdar günün əhəmiyyətindən, dövlətin daha da güclənməsində cəmiyyətin fəal təbəqəsi olan gənclərin böyük rol oynamasından bəhs edib.

Tədbir Akademiyanın xalq çalğı alətləri ansamblının konsert proqramından ibarət olan bədii hissə ilə yekunlaşdırılıb.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər