Saytımızı qiymətləndirin


 
 

Avropa soyuqdan donduqda Azərbaycan qazı ilə isinə biləcək? - Mühüm açıqlama
Tarix: 01-02-2022 | Saat: 15:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Avropa soyuqdan donduqda Azərbaycan qazı ilə isinə biləcək? - Mühüm açıqlama

Avropa İttifaqı (Aİ) Azərbaycandan əlavə qaz təminatı istəyib. Ukrayna-Rusiya münasibətlərin gərginləşməsi fonunda Qoca Qitə qaz ixracının azalacağı və ya kəsilcəyi ehtimalını nəzərə alır. 

Azərbaycan hazırda Avropaya hansı həcmdə qaz ixrac edir?

Ukrayna böhranı hərbi toqquşmaya çevirilsə və Rusiya Avropaya nəql etdiyi qaz ixracını dayandırsa, Azərbaycanın ixrac etdiyi qaz həcmi nə qədər arta bilər?

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban qeyd edib ki, Azərbaycan keçən il Avropaya 8 milyard 150 milyon kubmetr qaz satıb.

“Cari il üçün isə Avropadan sifariş 9 milyard kubmetrdir. Ancaq SOCAR-ın son açıqladığı məlumata görə, təchizat təxminən 10 milyard kubmetr olacaq.

 Bu gün Rusiya Avropaya 200 milyard kubmetr qaz satır. Azərbaycanın real gücü isə 10 milyarddır”.

 



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər