Tarix: 31-01-2022 | Saat: 19:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
Salyan rayonunda yerləşən Baş Şirvan Kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Balıqçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Aksiyanın məqsədi sintetik torlar vasitəsilə balıq ovlayanlarla mübarizə aparmaqdan ibarətdir.
Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev "Report"a bildirib ki, reyd zamanı Baş Şirvan Kollektorunun dənizə tökülən hissəsində, 16 km məsafədə 9 mat qurğusu, 17 vintel, 40 səbət və 4 sintetik tor sudan çıxarılaraq məhv edilib.
Onun sözlərinə görə, Azərbaycanda rəsmi olaraq 90% balığın populyasiyası kəsilib: "Xəzərə birləşən kanalların qarşısı alınarsa, Azərbaycanda da balıqçılıq sahəsində irəliləyiş əldə edərik. Bu il bazarlarda kütüm balığının qiyməti 11 manatdır. Bu qiymət isə keçən il 18-20 AZN təşkil edirdi. Qiymətin aşağı olması balığın çoxluğundan irəli gəlir".
"Azərbaycan Balıqçılar İttifaqı olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq etməklə bütün su hövzələrində balıqların çoxalması üçün müəyyən işlərə başlamışıq. Hazırda qanunsuz balıq torları aradan qaldırılır və işlər bundan sonra da davam etdiriləcək”, - Ə.Əliyev deyib. (report.az)
Digər xəbərlər