Saytımızı qiymətləndirin


 
 

Hərbi prokuror Ermənistanın Azərbaycana təhvil verdiyi meyit qalıqlarının sayını açıqlayıb
Tarix: 18-09-2023 | Saat: 14:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edildi

“Ötən dövr ərzində ANAMA, FHN, BQXK və digər qurumların iştirakı ilə aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 508 şəxsə aid meyit qalıqları götürülüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib və onlarla bağlı hərtərəfli iş gedir.

“Respublikanın şəhər və rayonlarında kimliyi müəyyən edilmədən basdırılmış 183 nəfərə aid meyit qalığı aşkar edilib”, - Xanlar Vəliyev əlavə edib.

Hərbi prokuror qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 815 bioloji nümunə götürülüb.

Hərbi prokuror onu da bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur: “Amma bu gün Ermənistan tərəfi həmin yerlərin koordinatlarını verməkdən yayınır. 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Ermənistan tərəfindən Azərbaycan tərəfinə təhvil verilib”.

Hərbi prokurorun sözlərinə görə, azad edilmiş ərazilərdə mina problemi də hələ qalmaqdadır: “Ermənistan tərəfi real minalarla çirklənmiş ərazilərin xəritələrini bu gün də vermir. Bu səbəblə də azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin yerlərini müəyyən etmək çətinləşdirir. Azərbaycanda hələ də gümanlar var ki, itkin düşmüş şəxslərin bir qismi sağdır və Ermənistanda qul kimi işlədilir, digər qismi isə qətl edilərək kütləvi məzarlıqlarda basdırılıb”.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər