Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN rəhbəri: Zelenski Trampa meydan oxuyur, onu seçkilər maraqlandırmır
Tarix: 15-10-2026 | Saat: 16:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sergey Lavrov Marko Rubio ilə görüşəcək - AZƏRTAC

Zelenskinin yenidən silahla təmin olunmasına imkan verəcək atəşkəs olmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin, Zelenskinin Rusiya neft emalı zavodlarına zərbələri davam etdirmək qərarını ABŞ Prezidenti Donald Trampa qarşı “birbaşa və açıq-aşkar bir çağırış” adlandırıb.

Lavrovun sözlərinə görə, Zelenski seçkilərlə maraqlanmadığını açıq şəkildə bildirib və qəsdən qəbuledilməz şərtlər irəli sürüb.

Xarici işlər naziri əlavə edib ki, Rusiya yeni ABŞ-Avropa sülh planı üçün rəsmi təkliflər almayıb: “Moskva Qərb mediasının dərc etdiyi ideyalarda uzunmüddətli nizamlanma üçün heç bir əsas görmür. Xüsusi hərbi əməliyyatın məqsədləri və Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır”.



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər