Saytımızı qiymətləndirin


 
 

İsrail Prezidenti: Azərbaycan çox tolerant ölkədir, Bakı belə bir şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atır
Tarix: 15-10-2026 | Saat: 13:25
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq

 

Bu gün AQEM-in Zirvə Toplantısını Azərbaycanda keçirməyimiz çox əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.

Qarabaginfo.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, Azərbaycan Prezidenti ölkənin inkişafına töhfə verən vacib işlər görməkdədir: “Azərbaycan çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atmaqdadır. AQEM-in yaradılması bir məqsədə söykənərək yaradılıb. AQEM etimad quruculuğu tədbirlərini həyata keçirməkdədir. Qazaxıstan Prezidenti də bu təşəbbüsdə olduqca vacib rol oynayıb".



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər
10-01-2022, 10:40 Gedişhaqqı artırılıb?