Saytımızı qiymətləndirin


 
 

“Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb”- PUTİN
Tarix: 18-09-2023 | Saat: 17:52
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya sanksiya təzyiqinə tab gətirdi”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 2024-cü il üçün federal büdcənin formalaşdırılması ilə bağlı iclasda deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb.

“Rusiya iqtisadiyyatının bərpa mərhələsi başa çatıb, ölkə sanksiya təzyiqinə tab gətirdi. Mövcud iqtisadi vəziyyət sabit və balanslıdır. Bir sıra əsas göstəricilər üzrə vəziyyət əvvəlki təxminlərdən və proqnozlardan xeyli yaxşıdır. Xatırladım ki, hələ aprel ayında cari il üçün ÜDM artımının 1,2 faiz olacağı gözlənilirdi. Əslində, biz artıq bu səviyyəni keçmişik”, – Putin bildirib.



Xəbəri paylaş

1161 dəfə oxunub.

Digər xəbərlər