Saytımızı qiymətləndirin


 
 

Rezidenturaya qəbul imtahanı başa çatıb
Tarix: 18-09-2020 | Saat: 18:09
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi sentyabrın 18-də 2020/2021-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. 

DİM-dən Qarabaginfo.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçirilib. İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 67 zal nəzarətçisi ayrılıb. İmtahan saat 15:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. 

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Sentyabrın 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına 19-21 sentyabr 2020-ci il tarixlərində apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.



Xəbəri paylaş

378 dəfə oxunub.

Digər xəbərlər