Saytımızı qiymətləndirin


 
 

İdarə Suraxanıda müəllimin uşağı döyməsi ilə bağlı məlumatlara münasibət bildirib
Tarix: 18-01-2020 | Saat: 11:15
Bölmə:Karusel / Sosial | çapa göndər

Qarabaginfo.az//

döyülən uşaqlar üçün şəkil nəticəsi

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllimin uşağı döyməsi ilə bağlı açıqlama yayıb. 

"Report" xəbər verir ki, açıqlamada deyilir: 

"Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır. Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunmuşdur", idarədən bildirilib. 



Xəbəri paylaş

500 dəfə oxunub.

Digər xəbərlər