Saytımızı qiymətləndirin


 
 

Erməni mediasının Laçının tarixi ilə bağlı daha bir aşkar xəritə saxtakarlığı...
Tarix: 28-01-2022 | Saat: 22:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Erməni mediasının Laçının tarixi ilə bağlı daha bir aşkar xəritə saxtakarlığı...

"1923-cü ilin topoqrafik xəritəsini sizə təqdim edirəm. Diqqət edin ki,  Ermənistan SSR ilə DQMV arasında ümumi quru sərhədi olub və hətta Berdzor şəhəri (xəritədə Abdallar kəndi kimi qeyd olunub) Ermənistan SSR-in tərkibində olub".

Qarabaginfo.az xəbər verir ki, bu saxtakar cümlələr “RepublicofNorthernArtsakh” erməni teleqram-kanalında yayılıb.

Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub. Halbuki, diqqətlə baxanda aydın görünür ki, 1926-cı ildən Laçın şəhəri adlanmış həmin məntəqə Azərbaycan SSR sərhədlərinin daxilindədir. Sadəcə, xəritənin miqyası kiçik olduğundan və o dövrün xəritələri qeyri-dəqiq çəkildiyindən məntəqənin işarəsi Ermənistanla sərhədə çox yaxın düşüb, “Abdallar” sözü isə Ermənistan sərhədi daxilində yazııb.

Digər bir yalan isə guya Ermənistan SSR-in keçmiş Dağqlıq Qarabağ Muxtar Vilayəti ilə ümumi quru sərhədinə  malik olmasıdır. Belə bir məsələ də olmayıb. Sadəcə, yenə də xəritənin qeyri-dəqiq çəkilməsi ucbatından Abdallar yaxınlığında  Azərbaycan SSR, Ermənistan SSR və keçmiş DQMV-nin sərhədləri bir nöqtədə qovuşur...

Göründüyü kimi, ermənilər növbəti dəfə diqqətsiz oxuculardan yararlanmaqla  dünyaya növbəti saxtakarlıqlarını sırımağa çalışırlar...



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər
8-01-2022, 21:10 Novruz Qartal vəfat edib