Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri: “Regionun həqiqi əməkdaşlığına ehtiyac var”
Tarix: 28-01-2022 | Saat: 22:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

James Sharp (@JamesSharpFCDO) / Twitter

"Regionda münasibətlərin normallaşması üçün çox yaxşı fürsət yaranıb".

Qarabaginfo.az bildirir ki, bunu APA-nın sualına cavab olaraq, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Səfir bildirib ki, regionda xalqların sülhə hazırlanması ilə bağlı əvvəllər azərbaycanlı və erməni gənclərin bir araya gətirilməsi kimi proqramlar olub, lakin indi yüksək siyasi səviyyədə sülh danışıqları üçün imkanlar var: "Atəşkəslə bağlı üçtərəfli bəyanatda da əlaqələrin normallaşması istiqamətində nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı bəndlər qeyd olunub. Biz həmçinin intelektualların, ictimai fiqurların görüşləri barədə eşidirik, bu proses də gedir. Təbii ki, biz qarşı tərəflə danışa, dialoqa başlaya bilərik, düşmənçilik həmişə davam edə bilməz.

Düşünürəm ki, bu istiqamətdə praktiki əməkdaşlığa da imkanlar açmaq lazımdır. Məsələn, su resurslarının idarə olunması buna klassik nümunədir. Bütün regionun bu sahədə həqiqi əməkdaşlığına ehtiyac var. Gürcüstan, Azərbaycan, Ermənistan və həmçinin Araz çayı vasitəsilə Azərbaycanla sərhəd olan İran da bu əməkdaşlıqda iştirak edə bilər. Yəni iqlim dəyişikliyindən qaynaqlanan məsələlər var ki burada ölkələrin əməkdaşlığı vacibdir", - deyə səfir bildirib.

Britaniyalı diplomat qeyd edib ki, sülh və normallaşma üçün bu istiqamətdə praktiki əməkdaşlıq, cəmiyyətin müxtəlif təbəqələri arasında dialoq yaranmalıdır.

"Düşünürəm ki, bu məsələ ilə bağlı tərəflər artıq daha yaxşı yerdədir, daha müsbət mühit var baxmayaraq ki tərəflərin bir -birinə qarşı bəzi arqumentləri var və biz bəzən sərhəddə toqquşma xəbərləri eşidirik. Ancaq belə bir hiss yaranır ki, normallaşma istiqamətində ciddi addımlar atmaq üçün çox yaxşı fürsət yaranıb. Xüsusilə Ermənistan və Türkiyə arasında danışıqların başlaması, "3+3 formatı. Qeyd etdiyim kimi, delimitasiya və demarkasiya kimi bəzi məsələlərə baxmayaraq praktiki addımlar atmaq üçün çox yaxşı fürsət yaranıb və mən bu barədə optimistəm", səfir Şarp vurğulaylb.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər