Tarix: 27-01-2022 | Saat: 21:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ermənistanın Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində dindirilib.
Qarabaginfo.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Martik Martirosyan məlumat yayıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiq edib.
Xatırladaq ki, 2021-ci ilin noyabrın 19-da keçirilən mətbuat konfransı zamanı hakim Movses Akopyan, Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi barəsində sensasion açıqlamalar verib.
O, Onik Qasparyanın müxtəlif illərində vəzifədə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından istifadə etdiyini bildirib. Onik dövlətin külli miqdarda maliyyə vəsaitini israf, xidməti vəzifəsinin icrası zamanı saxtakarlıq edib, cinayət xarakterli müxtəlif əməllər törədib.
Bununla da, onun barəsində cinayət işi başlanıb. Eyni cinayət işi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin hazırkı Baş Qərargah rəisi Artak Davtyan, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan və digər yüksək rütbəli şəxslər barəsində Ermənistan Respublikasının ərazi bütövlüyünü pozmaq, dövlətə xəyanət etmək iddiası ilə cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Onik Qasparyan10 mart 2021-ci ildə vəzifəsindən azad edilib.
Digər xəbərlər