Saytımızı qiymətləndirin


 
 

Səməd Seyidov: "Ermənistan revanşizm və yeni müharibə xəyallarından əl çəkmir"
Tarix: 27-01-2022 | Saat: 21:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Oxu.az - Səməd Seyidov: Mən elə şey deməmişəm

"Ermənistan revanşizm və yeni müharibə xəyallarından əl çəkmir".

Qarabaginfo.az-ın məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında "Ermənistanda demokratik təsisatların fəaliyyəti" barəsində aparılan debat zamanı deyib.

"Ermənistandakı hadisələrə real qiymət vermək Ermənistanın sabit inkişafının əsas şərtidir. Ermənistandakı cəmiyyətdə xaos, müharibədə məğlub olan siyasətçilərdə mövcud olan revanşizm hissi yox olmadıqca Ermənistana kömək edə bilməyəcəyik",- deyə o, qeyd edib.

Səməd Seyidov bildirib ki, Ermənistanda hazırda iqtisadi, siyasi krizis özünü göstərməkdədir: "Bu xaosa görə prezident də istefa verməli oldu. Bu cür getsə, Sarkisyanın başına gələn Paşinyan hökumətinin də başına gələcək".

Səməd Seyidov deyib ki, konflikt bitib və Azərbaycan yalnız sülh axtarır.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər