Tarix: 28-12-2017 | Saat: 19:40
Bölmə:Karusel / Sosial | çapa göndər
Dekabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
“Qarabaginfo”nun məlumatına görə, parlamentin mətbuat xidmətindən AzərTac-a bildiriblər ki, iclasda 19 məsələ müzakirə olunacaq.
İclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında məsələyə baxılacaq.
Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında məsələni nəzərdən keçirəcək, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar
İclasda, həmçinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək.
Bundan başqa, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Banklar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçiriləcək.
İclasda, eyni zamanda, Gömrük, Miqrasiya və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxılacaq.
Digər xəbərlər