Saytımızı qiymətləndirin


 
 

Avropaya satılan qaz: Azərbaycan qaz vurub qazan dolduracaq?
Tarix: 05-02-2022 | Saat: 17:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropaya satılan qaz: Azərbaycan qaz vurub qazan dolduracaq?

“Mən ayırılan 2 milyard avronun qaza aid olduğunu zənn etmirəm. Çünki Ermənistan və Azərbaycana ayırılan məbləğ, qonşuluq siyasəti proqramı çərçivəsində ayırılan məbləğdir və ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulub. Bunun sırf birbaşa energitakaya və yaxud da Azərbaycan qazının Avropaya nəql edilməsi məsələsi ilə əlaqəsi yoxdur”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında “Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban Avropa İttifaqı tərəfindən Azərbaycan və Ermənistana ayırılan 2 milyard avronun mahiyyətini şərh edərkən deyib:

“O ki qaldı Azərbaycan qazının Avropaya ixrac həcmlərinina artırılmasına, bəli, Azərbaycan Preizdenti müəyyən rəqəmləri yuvarlaqlaşdıraraq deyib. Biz isə gəlin, dəqiq ifadə edək:

Ötən il Azərbaycanın ümumi qaz ixracı 18,7 milyard kub metr olub. Bunun 8 milyard 150 milyon kubmetri Avropa bazarında, 8,5 milyard kubmetr Türkiyə bazarında satılıb və təqribən 2,1 milyardı isə Gürcüstan bazarının payına düşür. 

Bu, bizim qaz ixracımızın ümumi mənzərəsidir. Cari il üçün Avropanın bizə sifarişi 9 milyard kub metrdir. Praktikada necə olacaq, bunu dyeə bilmərik. Təbii ki, bu, ilin sonunda məlum olacaq. Bu 9,5 milyard kub metr də ola bilər, 9,4 milyard kub metr də. Necə ki, ötən il üçün onların sifarişi cəmi 5 milyard kub metr idi, ancaq ili 8,1 milyard kub metr ilə bağladılar. 2023-cü il üçün, artıq sifariş 11 milyard kub metrdir”.

Mütəxəssis onu da vurğulayıb ki, istənilən halda biz dinamikanı görürük ki, bu, hər il artır: “Əgər Cənub Qaz Dəhlizinin genişləndirilməsi mümkün olmasa, 2023-dən sonrakı artım mümkün olmayacaq. Çünki, artıq “Şahdəniz-2” layihəsi üzrə imzalanan müqavilələr ki, var, bu müqavilələr üzrə qaz alqı-satqısı mahiyyət gücünə çatacaq. Əlavə qaz da Şahdəniz də yoxdur axı? Yeni yataq lazımdır. Bizim isə Şahdənizdən sonra ən böyük yatağımız Abşerondur. 

Abşeron yatağı işə düşməlidir və ondan sonra mərhələli şəkildə bunun həcmi arıtırılmalıdır. Mən elə xanım Kadi Simpsona sual verdim ki, dəqiq bir həcm, artıq müəyyənləşdirilibmi? Avropa bizdən nə qədər əlavə qaz həcmi istəyir? O isə dedi ki, indi təchizatla bağlı tətqiqatlar gedir və haradasa, ilin ortasına bunlar məlum olacaq və bunun nəticəsində Cənub Qaz Dəhlizinin mərhələləli şəkildə genişləndiilməsi də buna müvafiq olaraq artırılacaq”.

“Bizim əlimizdə, ancaq 2021-ci ilin nəticələri var. Dediyimiz kimi, ötən il 8,1 milyard kub metr Avropada qaz satmışıq və Avropanın operativ məlumatına görə, Avropada qaz istehlakı 552 milyard kub metr olub. Ümumən götürsək bu, haradasa, 2-3% arasında dəyişəcək. Ancaq bu, ümumi Avropa bazarına əsasən götürülüb. Məsələn, İtaliyanın ötən il qaz bazarında bizim xüsusiyətimiz 9% olub. Əgər biz götürsək, Yunanıstanı, orada 20%-dən artıq olub. Layihə gücünə çatdıqda, haradasa, İtaliyada 10%-i keçəcək, Yunanıstan bazarında təqribən 24-25% olacaq və ən çox da Bolqarıstan bazarında bu olacaq. Orada isə 30%-i aşacaq”, - deyə eskpert yekunlaşdırıb.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər