Tarix: 27-01-2022 | Saat: 19:10
Bölmə:Karusel / Siyasət | çapa göndər
Fransa və Avropa İttifaqının Cənubi Qafqazda sülhü dəstəkləməkdə marağı var.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyin ölkəsinə keçməsi ilə bağlı tədbirdə çıxışında deyib.
Fransalı səfir Aİ və Azərbaycan arasında münasibətlərə toxunub. Səfir bu münasibətlərin yüksək səviyyədə olduğunu, Aİ və Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı danışıqların getdiyini deyib: “Ümid edirik ki, bu saziş tezliklə imzalanacaq”.
Fransa səfiri vurğulayıb ki, Avropa Komissiyası Cənubi Qafqaza 2 milyard dollardan çox vəsait ayırıb, bu da müxtəlif sahələrin inkişafı üçün nəzərdə tutulub: “Əgər Azərbaycanda Aİ-nin maliyyələşdirdiyi layihələrə böyük maraq olarsa, təbii ki, Aİ bu vəsaiti artıracaq”. (apa.az)
Digər xəbərlər