Tarix: 25-06-2026 | Saat: 19:44
Bölmə:Karusel / Dünya | çapa göndər
“VKontakte” (VK) şirkətinə məxsus tətbiqlərin App Store-dan silinməsi sanksiyalara əməl olunması qaydaları ilə əlaqədardır.
Bu barədə BBC “Apple” şirkətinin açıqlamasına istinadən məlumat yayıb.
Bununla belə, Apple söhbətin konkret olaraq hansı sanksiyalardan getdiyini açıqlamayıb.
Bundan əvvəl VK-nın mətbuat xidməti “VKontakte”, “Dzen”, VK Video, VK Messenger və “Odnoklassniki” tətbiqlərinin heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada App Store-dan silindiyini bildirib. Şirkət vurğulayıb ki, VK özü heç vaxt sanksiyalar siyahısına daxil edilməyib.
Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın dövlət messenceri hesab olunan “Max” tətbiqi də App Store-dan silinib. Həmin vaxt Apple bu qərarı da sanksiyalara əməl olunması tələbləri ilə əsaslandırıb, lakin hansı sanksiyaların nəzərdə tutulduğunu dəqiqləşdirməyib.
Digər xəbərlər


















