Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İttifaq dövlətinin qüvvələrinin təliminə cəlb olunan hərbçilər Belarusun tanış olmayan poliqonlarında bir sıra tapşırıqları yerinə yetirməli olacaqlar. Yoxlama iki mərhələdə aparılacaq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, praktiki təlimlər Domanovski, Qojski, Obuz-Lesnovski, Brest, Osipoviç poliqonlarında keçiriləcək. Bundan başqa, Baranoviç, Lunineç, Lida və Maçulişi aerodromlarından da istifadə olunacaq.