Saytımızı qiymətləndirin


 
 

Anasını öldürüb intihar görüntüsü yaratdı - Rəsmi açıqlama
Tarix: 10-02-2023 | Saat: 17:26
Bölmə:Karusel | çapa göndər

Anasını öldürüb intihar görüntüsü yaratdı - Rəsmi açıqlama

 

İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər