Ana Sayfa > Karusel / Gündəm > Rusiya Belarusa növbəti dəfə silah və hərbi texnika GÖNDƏRDİ

Rusiya Belarusa növbəti dəfə silah və hərbi texnika GÖNDƏRDİ


25-01-2022, 12:57. Yazar: Admin
Rusiya Belarusa növbəti dəfə silah və hərbi texnika GÖNDƏRDİ

 

Rusiyanın Şərq Hərbi Dairəsinin artilleriyaçılarının və Sakit okean donanmasının dəniz piyadalarının silah və hərbi texnikası İttifaq Dövləti qüvvələrinin təlimində iştirak etmək üçün Belarusa göndərilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İttifaq dövlətinin qüvvələrinin təliminə cəlb olunan hərbçilər Belarusun tanış olmayan poliqonlarında bir sıra tapşırıqları yerinə yetirməli olacaqlar. Yoxlama iki mərhələdə aparılacaq”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, praktiki təlimlər Domanovski, Qojski, Obuz-Lesnovski, Brest, Osipoviç poliqonlarında keçiriləcək. Bundan başqa, Baranoviç, Lunineç, Lida və Maçulişi aerodromlarından da istifadə olunacaq.


Geri dön