Saytımızı qiymətləndirin


 
 

On ölkədən olan səyyahlar Kəlbəcərə səfər edib
Tarix: 17-06-2022 | Saat: 07:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

On ölkədən olan səyyahlar Kəlbəcərə səfər edib

Bir qrup səyyahın Kəlbəcərə səfəri başlayıb.

Qarabaginfo.az xəbər verir ki, xarici ölkələrdən olan qonaqlar səhər saatlarından Göygöl rayonunun Toğanalı kəndindən yola düşüb.

Səfərdə Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan 24 nəfər dünyaca tanınmış səyyah iştirak edir.

Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək, İstisu qəsəbəsindəki mineral bulaqlarla tanış olacaq.

Günün ikinci yarısından sonra heyət Laçın dəhlizinə yola düşəcək.

Daha sonra səyyahların Qubadlı rayonu ilə tanışlığı gözlənilir.

Sabah isə onlar Zəngilanda inşa edilən hava limanına və Ağalı kəndinə baş çəkiləcək.

Qeyd edək xarici səyahlar ötən gündən işğaldan azad edilən Xocavənd, Ağdam və Şuşa şəhərinə səfər ediblər.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər