Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN ABŞ və NATO-nu ittiham edib
Tarix: 19-01-2022 | Saat: 15:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi: "ABŞ sanksiyalar üçün bəhanə axtarır"

ABŞ və NATO Rusiyaya qarşı əsassız iddialar irəli sürür.

Qarabaginfo.az Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Valday” beynəlxalq müzakirə klubunda çıxışında bildirib.

“Vaşinqton, Brüssel və NATO-nun digər paytaxtları ilk növbədə Ukraynada və onun ətrafında baş verənlərlə bağlı əsassız iddialar irəli sürməkdə davam edirlər”, - rusiyalı diplomat vurğulayıb.

Ryabkov bildirib ki, Rusiya ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri barədə razılığa gəlməyə üstünlük verir.

Onun sözlərinə görə, bu prosesə daha çox ölkələrin cəlb edilməsi qeyri-məhsuldar olacaq: "Mən gizlətməyəcəyəm ki, biz qarşılıqlı anlaşma tapmağa və ilk növbədə amerikalılarla razılığa gəlməyə üstünlük verərdik. Bu prosesə daha çox ölkə cəlb etmək bizim üçün əks effektli görünür".

Rusiyalı diplomat ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-nun cavabını sonsuza qədər gözləməyə hazır olmadığını da qeyd edib: “Top ABŞ tərəfindədir. Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la dialoqun davam edəcəyinə ümid edir”



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər