Tarix: 18-01-2022 | Saat: 21:49
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ Rusiya ilə təhlükəsizlik sahəsində danışıqların uğursuz başa çatdığını düşünmür.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu “The Washington Post”a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda-Tomas Qrinfild bildirib.
“Hesab etmirəm ki, danışıqlar uğursuz olub. Biz Rusiya ilə işləməyə davam edirik. Gördüyünüz kimi, bu səhər Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında danışıq olub. Biz Rusiya ilə danışırıq, eyni zamanda onun hərəkətlərini də izləyirik”, - deyə diplomat əlavə edib.
Diplomatın sözlərinə görə, ABŞ özünün NATO-dakı müttəfiqləri ilə Ukrayna ətrafında vəziyyətin eskalasiyası zamanı mümkün davranışları müzakirə edib: “Əgər Rusiya Ukraynaya hücum edərsə, bu BMT-nin Nizamnaməsinə qarşı hücum olacaq. Biz Təhlükəsizlik Şurasının xətti ilə hərəkət edəcəyik. Artıq bu barədə Nyu-Yorkda müttəfiqlərlə müzakirələr aparmışıq”, - deyə amerikalı diplomat vurğulayıb.
Digər xəbərlər