Ana Sayfa > Karusel / Gündəm > ABŞ Rusiya ilə danışıqları uğursuz hesab etmir
ABŞ Rusiya ilə danışıqları uğursuz hesab etmir18-01-2022, 21:49. Yazar: Admin |
ABŞ Rusiya ilə təhlükəsizlik sahəsində danışıqların uğursuz başa çatdığını düşünmür. Qarabaginfo.az-ın xəbərinə görə, bunu “The Washington Post”a müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda-Tomas Qrinfild bildirib. Diplomatın sözlərinə görə, ABŞ özünün NATO-dakı müttəfiqləri ilə Ukrayna ətrafında vəziyyətin eskalasiyası zamanı mümkün davranışları müzakirə edib: “Əgər Rusiya Ukraynaya hücum edərsə, bu BMT-nin Nizamnaməsinə qarşı hücum olacaq. Biz Təhlükəsizlik Şurasının xətti ilə hərəkət edəcəyik. Artıq bu barədə Nyu-Yorkda müttəfiqlərlə müzakirələr aparmışıq”, - deyə amerikalı diplomat vurğulayıb. Geri dön |